Pulsuz dondurma paylanılacaqbackend

Pulsuz dondurma paylanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dondurmanı “Uber” platforması vasitəsi ilə dünyanın 400-dən çox şəhərində sifariş etmək mümkün olacaq. Bakı oxşar aksiyada artıq ikinci dəfə iştirak edir. Bakıda aksiya üzrə tərəfdaş nəfis dondurma brendi olan “Mado”dur. Hər bir istifadəçi aksiya çərçivəsində dörd porsiya dondurma əldə edəcək.

Həmin gün ərzində bütün “Uber” istifadəçiləri üçün “Mado” dondurması və onun çatdırılması tamamilə pulsuz olacaq. Hər kəs öz unikal və nəfis “Mado” dadını aşkar edə biləcək.

“Uber” tətbiqi vasitəsilə dondurmanı sifariş etmək üçün:
1. Cümə günü, 15 iyul tarixində, Bakı vaxtı ilə saat 11:00-dan 15:00-dək “Uber” əlavəsinə daxil olun;
2. Ekranın aşağısında yerləşən slayderdə “Dondurma” opsiyasını seçin;
3. “Mado” dondurmasının çatdırılacağı ünvanı qeyd edin.

İstifadəçilər dondurmanı iş yerlərinə, evə və ya küçədə müəyyən bir ünvana sifariş edə bilərlər. “Fiesta” adlı nəfis dondurma xüsusi avadanlıqla təchiz olunmuş “uberX” avtomobillərində çatdıralacaq.

Yeni “Uber” istifadəçisini nəinki ödənişsiz dondurma, həmçinin xüsusi sürpriz – şəhər ərazisində “Uber”lə bir ödənişsiz səyahət gözləyir. Bunun üçün “Uber” əlavəsini internetdən yükləmək, UBERDONDURMA promokodunu yığmaq və lazımi ünvana dondurmanı sifariş etmək gərəkdir. Dondurmalar Bakı şəhərinin inzibati sərhədləri çərçivəsində çatdırılacaq.

“UberIceCream” – dondurmaların çatdırılması üzrə dünyanın ən genişmiqyaslı kampaniyalarından biridir. Bu il də Bakı şəhəri sözügedən aksiyada iştirak edən 400 şəhər arasında yer alıb. 15 iyul tarixində dondurmaların çatdırılması “UberIceCream” opsiyası ilə planetin hər saat qurşağında baş tutacaq. (gununsesi.info)

İnterpress.az