2 mindən artıq məhkum azadlığa buraxıldı –Amnistiyabackend

2 mindən artıq məhkum azadlığa buraxıldı –Amnistiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Penitensiar xidmətin ictimayyətlə əlaqələr mərkəzindən bildirilib.

Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə elan edilmiş humanizm təntənəsinin davamı olan Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya Qərarı bu günə kimi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan 2000 nəfərdən artıq şəxsə şamil edilib. Onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Amnistiya Qərarına əsasən, cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış məhkumlardan 43 nəfəri qadındır.

Ümumilikdə Amnistiya Qərarının 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir. Amnistiya Qərarının icrası davam edir.

İnterpress.az