Tərkib:
200 qr vafli
10 x.q. qatılaşdırılmış süd
20 ədəd badam ləpəsi
60 qr kokos qırıntıları
Hazırlanması:
Badam ləpəsi 10 dəq. qaynar suda saxlanır, qabığı təmizlənib quru tavada qovrulur. Vafli blenderdən keçirilir, üzərinə qatılaşdırılmış süd əlavə edilib qarışdırılır.
Kütlədən bir parça qopardılır, ortasına badam ləpəsi qoyulub yumurlanır. Kokos qırıntılarına batırılıb soyuducuya yerləşdirilir.
İnterpress.az