Tərkib:
6 x.q. kartof əzməsi
2 ədəd yumurta
10 qr kərə yağı
10 qr bərk pendir
Şüyüd
Duz, istiot
Hazırlanması:
Maffin qablarına yağ çəkilir, üzərinə kartof əzməsi yerləşdirilir.
Əzmənin ortası yuva şəklində açılıb, üzərinə yumurta çırpılır.
Yumurtanın üzərinə rəndələnmiş pendir, duz və istiot səpilib 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.
Üzərinə xırda doğranmış şüyüd səpilib servis edilir.
İnterpress.az