Minsk hava limanının uçuş-enmə zolağında iki təyyarə toqquşub.
ANS PRESS-in məlumatına görə, hadisə şimşəklə müşayiət olunan güclü leysan yağışı zamanı baş verib. Bu barədə Sputnik Belarus məlumat yayıb.
İlkin məlumatı sosial şəbəkədə şahidlər yayıb. Aviaşirkətdən hadisəni təstiq ediblər. Toqquşma zamanı təyyarənin göyərtəsi boş olub, heç kim xəsarət almayıb.
Təyyarələrdən biri “Belavia” şirkətinə məxsusdur, digərinin aid olduğu şirkət dəqiqləşdirilir.
İnterpress.az