Sakin etiraz yolu kimi intihara cəhd göstərdibackend

Sakin etiraz yolu kimi intihara cəhd göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayonu Masazır qəsəbəsində intihara cəhd olub. Məlumata görə, qəsəbənin Zəngilan şəhərciyində yaşayan Mahir Məmmədov Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının ona qarşı kobudluq etməsini əsas gətirərək bu əmələ əl atıb.

Mahir Məmmədov üzərinə yanacaq tökərək şəhərciyin hasarının üzərinə çıxıb, intihar edəcəyini bildirib.
Onun iddiasına görə bu gün səhər saatlarında bir qrup rayon icra hakimiyyətinin əməkdaşları yenicə tikdirdiyi iaşə obyektinin hasarlarını söküb. Mahirin deməsinə görə söküntü zamanı qurumun əməkdaşları ilə əlbəayaxa mübahisə də yaranıb. Mahir Məmmədov hasarı sökülən obyektin bütün sənədlərinnin qaydasında oluduğunu dedi.

\”İstəyirsə özünü benzin ilə yandırmasın, bomba ilə partlatsın, qanunu pozmağa heç kimə icazə verilmir\”.
Bir neçə dəqiqədən sonra əraziyə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları da səfərbər olundu. İcra hakimiyyətinə müraciət etməsi üçün müvafiq ərizə blankı polis əməkdaşları tərəfindən intihara cəhd edən Mahirə göndərildi. Mahir ərzisəsini yazdıqdan sonra aşağı enməli oldu. Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsnin müdiri Akif Əliyev bildirdi ki, onun iaşə obyektinin tikilməsi üçün lazım olan müvafiq sənədləri qaydasında deyil.

Bundan başqa Akif Əliyuev onu da əlavə etdi ki, Mahir Məmmədova müvafiq sənədləri almaq üçün 1 ay müddət veriləcək. O, yalnız çıxarış aldığı təqdirdə iaşə obyektinin inşasına davam edəbiləcək. (ans)

İnterpress.az