Türkiyədə ilk ateist sayt bağlandıbackend

Türkiyədə ilk ateist sayt bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məhkəmə Cinayət Məcəlləsinin 216-cı maddəsini (xalqı din və düşmənliyə təhrik etmək və ya aşağılamaq) əsas götürərək qərar çıxarıb. Ateizm dərnəyi bununla bağlı açıqlama yayıb: “Avropa Kosmik Agentliyi 3907 gün (10,7 il) davam edən və 500 milyon kilometr uzaqlıqdakı, saatda 135 min, saniyədə 38 kilometr sürətlə gedən, bir kilometr enindəki asteroidə araşdırma robotu Rosettanın vəzifəsini başa çatdırmasından 3,5 ay keçib. Türkiyədə isə məhkəmələr hələ də saytlara girişi məhdudlaşdırırlar. Mücərrəd ifadələrlə bunu əsaslanadırmağa çalışırlar. Qanunverici, icra və məhkəmə hakimiyyətinin bir əldə toplanmasının tarixdəki nümunələrindən birini yaşayırıq. Ədalət sistemi ağıldan uzaqlaşdıqca müasir mədəniyyətlər səviyyəsindən də o qədər uzaqlaşır”.

İnterpress.az