\”İnterpress\” \”Anadolu\” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic bildirib.
O bildirib ki, ölkəsi Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: \”Ötən həftə Rusiya Federasiyasında keçirilən seçki də bu baxımdan dəyərləndirilməlidir. Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil\”.
Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini tanımadığı haqda qərar qəbul edib.
İnterpress.az