Türkiyədə məşhur jurnalist həbs edildibackend

Türkiyədə məşhur jurnalist həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı əməliyyat çərçivəsində jurnalist Ahmet Altan məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.

Qeyd edək ki, Altan “silahlı terror təşkilatına üzv olmaq və Türkiyə Cümhuriyyəti hökumətini ortadan qaldırmağa və ya vəzifəsini etməsini əngəlləməyə təşəbbüs”də ittiham olunur. Daha öncə saxlanılan və sərbəst buraxılan Altanın həbsinə ittiham olunduğu cinayətlərin qanunda nəzərdə tutulan cəza miqdarı, törətdiyi iddia edilən cinayətlərin əhəmiyyətli və ciddi sayılan cinayətlərdən olması, alınması mümkün cəzaya görə qaçma ehtimalının olması səbəb olub.

İnterpress.az