“İsgəndər” şousunun pərdəarxasıbackend

“İsgəndər” şousunun pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli.Az bilirir ki, bu sözləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Sərkisyanın \”İsgəndər\” şousunun arxasında iki mühüm məqam gizlənir:

\”Deməzdim ki, Rusiyanın Ermənistana verdiyi silahlar Azərbaycana qarşı yönəlib və bu, müharibədən xəbər verir. Ancaq bu məsələ özlüyündə müəyyən suallar yaradır. Həm Minsk Qrupunun həmsədri, həm də strateji tərəfdaşımız olaraq Rusiya balansı qorumalıdır. \”İsgəndər\”lərin Ermənistana verilməsi Moskvanın İrəvana 200 milyonluq kredit vədi çərçivəsində həyata keçirilə bilər. Bunu rusiyalı ekspertlər də söyləyirlər. Çox güman ki, bu silahlar Ermənistana çoxdan verilib. İrəvandakı nümayiş isə Ermənistanda yaranmış indiki vəziyyətlə bağlıdır və bir görüntü xarakteri daşıyır. Belə bir şounun təşkilində başqa bir məqsəd isə hesab edirəm ki, Sərkisyanla bağlıdır. O, xalqını Rusiya ilə qarşılıqlı anlaşma şəklində sıx münasibətlərin olduğuna inandırmağa çalışır. Əslində, raket komplekslərinin Azərbaycana qarşı yönəldilməsi çox mənasızdır. Faktiki olaraq Ermənistanın Azərbaycanın torpaqlarına iddiası var. 7 rayonun işğaldan azad edilməsinə və Dağlıq Qarabağ məsələsinin həllinə nə İsgəndər-E, nə də İsgəndər-M maneçilik törədə bilər. Çünki Azərbaycanın 10 qat artıq zərbə endirmək gücünə malik çox güclü bir ordusu var\”.

Qeyd edək ki, Ermənistan müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirdiyi paradda T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular, \”Qrad\”, \”Tayfun\”, VM-80, \”Smerç\”, \”Konkurs\” reaktiv yaylım atəş sistemləri, \”Toçka U\”, \”Skad\” taktiki raket komplekslərini nümayiş etdirib.

S-125, Strela-10, \”Buk\”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.
Paradda \”İsgəndər\” raket komplekslərinin nümayişi isə diqqətdən yayınmayıb.

İnterpress.az