Konstitusiyaya təklif edilən dəyişikliklər: 146-cı maddə – VİDEObackend

Konstitusiyaya təklif edilən dəyişikliklər: 146-cı maddə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda qüvvədə olan Konstitusiyamızda bu maddə yoxdur. Əlavə olunur.

Təklif edilən əlavə:

Maddə 146(1). Bələdiyyələrin məsuliyyəti
Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.

Bəs bu əlavə nə üçün lazımdır?

Bu maddə bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyətini gücləndirir. Bələdiyyələrin məsuliyyəti məsələsinin Konstitusiya səviyyəsinə qaldırılması onların öz funksiyalarını daha ciddi və daha yaxşı yerinə yetirməsinə səbəb olacaq.

İnterpress.az