Məlumata görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Bəli, üzr istəyiblər”, – deyə Lavrov “Vesti v subbotu” verilişində “ABŞ Deyr-əz Zor-da aviazərbələrə görə Suriyadan üzr istəyiblərmi?” sualına cavab verərkən bildirib.
Qeyd edək ki, sentyabrın 17-da ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb.
Hava hücumu zamanı Suriya ordusundan 75 əsgər həlak olub, 100 nəfər yaralanıb.
Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb. (azvision.az)
İnterpress.az