Tərkib:
1 l süd
7 x.q. şəkər tozu
8 ədəd əncir
3 x.q. nişasta
1 paket vanil
1 x.q. kərə yağı və ya marqarin
Hazırlanması:
Quru əncir yuyulur, üzərinə qaynar su tökülüb 10 dəq. saxlanır.
Suyu süzülüb blenderdən keçirilir.
Süd, nişasta, şəkər qarışdırılır.
Qarışıq odun üstündə qaynadılır, üzərinə yağ və əncir əlavə edilir.
hazır tatlı kasalara tökülüb soyudulur.
İnterpress.az