APA-nın “Jakarta Globe” qəzetinə istinadən verdiyi məlumata görə, piyadalar üçün nəzərdə tutulmuş körpünün çökməsi nəticəsində ən azı 3 nəfər ölüb.
İlkin məlumata görə, körpünün çökməsinə səbəb güclü küləklə müşayiət edilən leysan yağışlar olub. Ancaq Cakarta qubernatoru Basuki Çaxaya körpünün reklam lövhələri ilə həddən arıq yüklənib-yüklənmədiyinin araşdırılması üçün də tapşırıq verib.
İnterpress.az