Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
İnterpress.az FHN-nin saytınən verdiyi məlumata əsasən xəbər verir ki,dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:05-də başa çatıb.
İnterpress.az