Parisdə “çılpaqlar bölgəsi” yaradılacaqbackend

Parisdə “çılpaqlar bölgəsi” yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazetevatan.com”-a istinadən xəbər verir ki, Fransada insanların çılpaq gəzə bilməsi üçün Parisdə bir hissə ayrılacaq.
Fransa parlamentində bu təklif birmənalı qarşılanmayıb, bir millət vəkili bu fikri “çılğınlıq” adlandırıb.
Paris bələdiyyəsi isə gələn ildən etibarən çılpaqlara xidmət göstərilməsi üçün tədbirlər həyata keçirir.
Yaşıllar partiyasının təklif etdiyi, Sosialist partiyasının dəstəklədiyi bu təklif bu bazar ertəsi səs çoxluğu ilə qəbul edilib.
Fransada ictimaiyyətə açıq bölgələrdə tamamilə çılpaq gəzməyin cəzası 15 min. avro və ya bir ilə qədər həbs cəzasıdır.
Qeyd edək ki, 2014-cü ildən etibarən Almaniyanın Münhen, İspaniyanın Barselona, İsveçrənin Cenevrə və Basel şəhərlərində çılpaqların ictimai nəliyyatdan istifadə etmək hüququ var.

İnterpress.az