ABŞ: “Rusiya şəhərləri hücuma məruz qala bilər”backend

ABŞ: “Rusiya şəhərləri hücuma məruz qala bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “CNN”-ə istinadən xəbər verir ki, Suriyadakı vətəndaş müharibəsindən danışan Kirbi, bu vəziyyətdən bəzi qüvvələrin istifadə edə biləcəyini, əməliyyatların daha da genişlənəcəyini bildirib. O deyib: “Bu situasiya şübhəsiz ki Rusiyanın maraqları ilə üst-üstə düşməyəcək və hətta Rusiya şəhərləri hücumlara məruz qala bilər”
Gündəlik hesabatını təqdim edən Kirbi, Suriyadakı vəziyyəti qiymətləndirib və vətəndaş müharibəsinin davam edəcəyi təqdirdə Rusiya əsgərlərinin zərər görəcəklərini bildirib.
Kirbi deyib: “Rus əsgərləri cəsəd torbalarında öz ölkələrinə qayıda bilər. Rusiya daha çox hərbi təyyarəsini və qaynaqlarını itirə bilər.”
Rusiyanın və Əsəd rejiminin Suriyadakı hərbi əməliyyatlarından öz narahatlığını ifadə edən mətbuat katibi, vəziyyətin mürəkkəbləşməsində Rusiyanı günahkar hesab etdiyini açıqca dilə gətirib.

İnterpress.az