Toyuq əti – fəsadları və faydalarıbackend

Toyuq əti – fəsadları və faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məncə, istəsək ən azından bir qism edə bilərik. Bəli bu gün broyler toyuqlarına hər gün yumurtalamaq üçün verilən dərmanlar kişilərimizi kişilikdən salır, kişilərdə süd vəzilərində böyümələr baş verir. Belə insanların prostat vəzilərində hiperplasiya 2 dəfə artıq olur. Kişilərdə qadın tüklənməsi çoxalır. Amma xanımlarımız elə bilməsinlər ki , broyler toyuqları tək kişilərə təsir edir. Xeyr! Bu günlərdə süd vəzisinin və uşaqlığın xərçəngi görün neçə dəfə artmışdır. Qız uşaqlarında erkən adət hallarının olması toyuqlara yumurtalamaq üçün verilən dərmanların təsiridir.

Ümumiyyətlə, qadın xəstəlikləri və sonsuzluqlar son dərəcə artmış və artmaqda da davam edir.

Broyler toyuğunu şoklama edirlər. Şoklamanın nə olduğunu bilirsinizmi? Toyuğun başı kəsilmədən öncə elektrik şoku verilir və sonra toyuğun başı kəsilir, çünki bu zaman toyuğun bədənindəki 200 qrama yaxın qan bədəndə qalır. Bu müqəddəs kitabımız Quranda yazılan qan bizə haramdır əmrinə tərs mütənasiblik təşkil edir. Bundan başqa şoklamadan sonra bəzi toyuqlar ölürlər. Elektrik şokuna dözmürlər amma onlarında başları aparat vasitəsilə – Bismillahsız – kəsilir. Bu da bizim halallarımıza və haramlarımıza qoyduğumuz diqqət. Unutmayın haram tikə yeyilən qəlbə iman girməz.

Bilirdinizmi ki, broyler toyuğu 1 kq olması üçün cəmi 1.7 kq yem yeyir. Özü də geni deyişilmiş soyadan hazırlanılmış yem. Belə toyuqlar fermada o qədər zerif olurlar ki, qucağına alanda sümükləri sınır, çünki sümüklər sümükləşə bilmir.

İmkan daxilində, azda olsa kənd toyuğundan və yumurtasından istifadə etmək lazımdır. Əgər broyler toyuğunu yemək məcburiyyətindəsinizsə ara-ara yemək lazımdır.
Məsələn bir dəfə yeyildisə, ən azından, bir həftə ara vermək lazımdır. Elə yeyəndə toyuqların koserogen xərçəng törətmə təsiri az olur, orqanizm özü xərçəng əmələ gəlmə riskini önləyir.

Kənd toyuğunda zəngin kalsium, dəmir və ən esası zülal vardır ki, zülal bədən hüceyrələrinin yenilənməsini tənzimləyir. Toyuq əti xolesterini və piylənməsi yüksək olanlar üçün əvəzolunmazdır. (mir.az)

İnterpress.az