Atambayev bu həftə xəstəxanadan çıxırbackend

Atambayev bu həftə xəstəxanadan çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleqraf.com xəbər verir ki, bu haqda Qırğızıstanın Moskvadakı səfirliyinin mətbuat attaşesi Qulbarçın Bayımbetov məlumat verib.

O deyib ki, ilkin informasiyaya görə, prezident xəstəxanadan bu həftə çıxarılacaq. Attaşe dəqiq tarixin bəlli olmadığını əlavə edib.

Atambayev sağlamlıq durumun pisləşməsi ilə əlaqədar məzuniyyət götürüb.

Qeyd edək ki, sentyabrın 20-də A. Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən təyyarəyə minməzdən öncə özünü pis hiss edib. Sinəsindəki ağrılardan şikayətlənən prezidentə ilkin tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər. Rusiya tərəfinin dəvəti ilə Almazbek Atambayev sentyabrın 23-də ürəyində yaranmış ağrılarla müalicəni davam etdirmək üçün Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına gəlib.

İnterpress.az