Tovuz rayonunda canavarlar  hücum edibbackend

Tovuz rayonunda canavarlar hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.

Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar.

İnterpress.az