Avtomobil teplovozla toqquşdu – Yaralılar varbackend

Avtomobil teplovozla toqquşdu – Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Çaylı kəndinə gedən yolda qeydə alınıb.

Hərəkətdə olan VAZ 21099 markalı avtomobil dəmir yolu keçidini gözləmədən keçərkən hərəkətdə olan teplovozla toqquşub.

Qəza zamanı avtomobildə olan iki nəfər: Qazax rayon Birinci Şıxlı kənd sakini 1984-cü il təvəllüdlü Babək Yusifov və rayonun Çaylı kənd sakini 1990-cı il təvəllüdlü Eltay Məsməliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər. B.Yusifovun vəziyyəti normal, E.Məsməliyevin isə vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )

İnterpress.az