Dünya liderləri Şimon Peresin dəfn mərasimində – VİDEObackend

Dünya liderləri Şimon Peresin dəfn mərasimində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfn mərasiminə dünya liderlərinin qatılması gözlənilir. Qonaqlar arasında 2010-cu ildən bu yana İsrailə ilk dəfə səfər edəcək Fələstin lideri Mahmud Abbas da var.

Məlumatlara görə, dəfn mərasiminə ABŞ prezidenti Barak Obama, Böyük Britaniyadan şahzadə Çarlz, xarici işlər naziri Boris Conson və sabiq baş nazir Toni Bleyr qatılacaq. Bununla yanaşı, Avropa Şurası, Fransa, Almaniya, Latviya, Litva, Meksika, Polşa və Rumıniya prezidentləri, o cümlədən BMT rəhbəri Ban Ki-moon da mərasimə qatılanlar sırasındadır.

İsrail polisi deyib ki, təhlükəsizlik əməliyyatına 8000 əməkdaş cəlb olunub.
Dəfn mərasiminin 1995-ci ildə qətlə yetirilən baş nazir Yitzak Rabinin dəfnindən sonra İsraildə baş tutacaq ən böyük mərasim olacağı gözlənilir. (teleqqraf.com)

İnterpress.az