Əsəddən vakuum bombası ilə hücumbackend

Əsəddən vakuum bombası ilə hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Suriyanın İdlib şəhərində baş verən hadisə nəticəsində 20 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
İdlibin təhlükəsizlik məsələləri ilə bağlı səlahiyyətli şəxs Leys əl-Faris verdiyi açıqlamada bildirib ki, Suriya ordusuna məxsus hərbi təyyarələr İdlibin yaşayış məntəqələrinə havadan bomba hücumu edib, nəticədə çoxlu maddi və mənəvi itkilər verilib.
Faris həmçinin rejimin bombaladığı İdlibin Carcanaz bölgəsində dağıntıların altında uşaq cəsədləri çıxarılıb.
Yaralılar xəstəxanalara yerləşdirilib. İdlibin mərkəzində yerləşən Xan Şeyxunda isə böyük dağıntılar meydana gəlib. Çoxlu sayda avtomobil yararsız hala düşüb.

İnterpress.az