Bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun əməkdaşı, kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur Azərtac-a müsahibəsində səsləndirib.
Tədbirin dünya səviyyəsində əhəmiyyətini vurğulayan alim deyib:
“Forum bir çox tanınmış siyasətçiləri, elm adamlarını, mütəxəssisləri, təcrübə sahiblərini bir araya gətirir. Onlar öz ölkələrində, o cümlədən dünyada baş verən qlobal çağırışları birgə müzakirə edir və mövcud problemlərin həlli istiqamətində intensiv təcrübə mübadiləsi aparırlar. İştirakçısı olduğum tədbir bunun üçün əla platformadır”.
İnterpress.az