Cavanlaşdırıcı krem – Özünüz hazırlayınbackend

Cavanlaşdırıcı krem – Özünüz hazırlayın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünüz evdə krem hazırlayaraq həm gözəlliyinizin qeydinə qalar, həm də büdcənizə qənaət etmiş olarsınız. Hər qadının problemi olan göz ətrafı qırışlardan qurtulmaq üçün bu kremi hazırlayın. Göz ətrafı qırışlarınız yox olacaq, üstəlik, 5 yaş daha gənc görünəcəksiniz.

Tərkib:

– 1 qaşıq hindqozu yağı
– 2 damcı E vitamini
– 2 damcı kəklikotu yağı

Hazırlanması:

Hindqozu yağı, E vitamini və kəklikotu yağını bir qabda yaxşıca qarışdırın. Krem halına gələn qarışımı hava keçirməyən bir qaba qoyduqdan sonra soyuducuda saxlayın. Bu göz kremini yatmadan iki saat əvvəl bütün gözə masaj edərək yedirin. Krem çox olarsa, salfetlə təmizləyin. Göz kənarındakı qırışların daha asan və təsirli şəkildə azaldığını görəcəksiniz.
Gözlər üçün möhtəşəm bir qarışım olan bu göz kremini makiyajı silmək üçün də istifadə edə bilərsiniz.

İnterpress.az