Ev işi kişini “pozur” – Qadınlara xəbərdarlıqbackend

Ev işi kişini “pozur” – Qadınlara xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mütəxəssislər kişiləri ev işinə məcbur etməyin onları cinsəllikdən, eyş-işrətdən uzaqlaşdırdığını bildirib. Qeyd ediblər ki, təmizlik etmək, yemək bişirmək, qab-qacaq yumaq kimi ev işləri ilə daha çox məşğul olan evli kişilərin bağçada işləyən və ya ustalıq, bənnalıq edən kişilərə nisbətən daha az sekslə məşğul olurlar.

Bu maraqlı və düşündürücü məlumat Vaşinqton Universitetinin sosiologiya fakültəsində aparılan tədqiqat zamanı ortaya çıxıb. 4500 evli amerkalı cütlüyün iştirak etdiyi tədqiqat zamanı bəlli olub ki, kişilər və qadınlar ayda orta hesabla beş dəfə cinsi əlaqədə olur. Ənənəvi olaraq ev işlərini qadınların gördüyü cütlüklərin ev işlərinin çoxunu kişilərin gördüyü cütlüklərlə müqayisədə ayda 1.6 dəfə çox cinsi əlaqədə olduğu öyrənilib.

Nəticələri \”American Sociological Review\” jurnalında nəşr olunan araşdırmanı dəyərləndirən mütəxəssislər qeyd edir ki, ev işləri kişilərdə adi vəzifə halına çevriləndə qadının ərinə qarşı ehtirası azalır. Qadınlar ərlərinin evdə yardım etmələrini sevirlər, amma kişilərin yaxşı niyyətli cəhdləri onları daha çox yardım dostuna çevirir.

Mütəxəssislər qadınlara xəbərdarlıq edirlər ki, işləyən qadın həyat yoldaşından daha çox ev işi görməsini tələb edib, bunu tez-tez mübahisə mövzusu edərsə, kişilər yataqda sönük olacaqlar\”.

İnterpress.az