“Əhəd Abıyevlə bir neçə gündür ki, danışmıram”backend

“Əhəd Abıyevlə bir neçə gündür ki, danışmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən seçilən deputatı, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin vəzifəsindən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

İnterpress.az xəbər verir ki, R.Rzayev Ölkə.Az-a açıqlamasında yayılan xəbərlərdən məlumatsız olduğunu deyib:

“Sonuncu dəfə Əhəd Abıyevlə Yeni il bayramında danışmışam. Bir neçə gündür ki, onunla danışmıram. Ancaq yayılan xəbərlərin doğruluğuna inanmıram”.

Xatırladaq ki, bir sıra saytlarda Əhəd Abıyevin Prezident Administrasiyasına çağırılması və Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılması barədə xəbərlər yayılıb.

İnterpress.az