İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin yazdığına görə, ötən il Sorosun şəxsən “Soros Fund Management”in aktiv rəhbərliyinə qayıtdığına dair məlumatlar var. Bu Fond Soros və ailəsinin 30 milyard dollarlıq sərvətini idarə edir. Nəşrin öz mənbələrinə istinadən yazdığı xəbərə görə, Fond hələ də müxtəlif şirkətlərdə öz investisiya mövqeyini qoruyub saxlayır.
Bu şirkətlər sırasına isə sənaye və maliyyə qurumları daxildir. Məhz bu mövqelər hesabına Fond ötən ili 5 faizlik gəlirlə başa vura bilib. 2000-ci ildə Soros Fondunu tərk edən Dryukenmiller seçkidən öncə Tramp və Klintonun qələbəsindən sorna birjada baş verə biləcəklərə dair şərhlərini bölüşüb. Və seçkidən dərhal sonra çıxış edərək özündəki bütün qızılı satdığını deyib.
Milyarder Corc Soros və Demokrat Partiyasının bir qrup donoru, eləcə də lobbi təşkilatları Vaşinqtonda qapalı iclas keçirərək yaxın illərdə Trampla mübarizə yolları barədə fikir mübadiləsi aparıb.
Politico portalı 3 günlük qapalı forum barədə məlumat yayıb. Ancaq mətbuat nümayəndələri qapalı görüşü işıqlandıra biməyib: “Soros və Klintonun seçkisinə on milyonlarla dollar xərcləyən varlı liberallar yaxın zamanda Trampla mübarizə üsulları axtarıb tapmaq üçün toplaşıb. Bu, Trampın qələbəsindən sonra ilk böyük toplantı idi. Müzakirələr əsasən Trampa qarşı müharibəyə başlamaq ətrafında aparılıb. Bu müharibə o, vəzifəsinin icrasına rəsmən başladığı gündən etibarən aparılacaq”. (cəbhə.info)
İnterpress.az