Gözəl Bayramlı ilə Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşdıbackend

Gözəl Bayramlı ilə Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Ə. Muxtarlı ilə bağlı cinayət işinin materialları \”Meydan TV”-nin əməkdaşları ilə bağlı başlanmış cinayət işindən ayrılıb.

Vəkil qeyd edib ki, tərəflər cinayət işinin materialları ilə tanış olacaq.

Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), G. Bayramlı isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.

İnterpress.az