Satış 19 fevralda bazar günü Merilend ştatında, Çesapik-Sitidə \”Tarixi Aleksandr Auksion Evi\” ndə keçirilən hərracda satıldığı bildirilir.
İnterpress.az bu barədə \”TASS\” xəbər agentliyinə hərrac evinin mətbuat katibi Andreas Kornfildin məlumat verdiyi bildirilib.
Hitlerin mühüm əmr və tapşırıqlar verdiyi telefon cihazını kimin alıb sahib olması məxfi saxlanılıb.
Bu telefonun təxmini qiyməti 200-300 min dəyərində satışı nəzərdə tutulmuşdu. Hərrac evinin nümayəndələri ümid edirdi ki, telefonu hansısa muzey alar və ona baxan insanlar faşızmin nəticələrinin necə olduğunu düşünmək imkanı qazanardılar. Bu telefon Berlində Adolf Hitlerin bunkerində Böyük Vətən müharibəsinin son iki keçid ilində istifade edilmişdi.
Cihaz qara bakelitdən hazırlanıb və korpusu qırmızı boya ilə rənglənib. Üzərində Hitlerin adı yazılıb və svastika ilə bəzədilib.
1945-ci ilin may ayında faşıst Almanyası məğlub edildikdə sovet əsgərləri onlarla birgə hərbi əlaqədə olmuş britanya zabiti Ralf Raynerə hədiyyə ediblər. O, 1977-ci ildə vəfat etdikdə həmin telefon onun oğlu Reynufa miras qalmışdır.
İnterpress.az