ABŞ-da Sorosla bağlı petisiya başladıbackend

ABŞ-da Sorosla bağlı petisiya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-da məşhur milyarder Corc Sorosun vətəndaşlıqdan məhrum edilməsi və onun ölkəyə daxil olunmasına qadağa qoyulması barədə petisiya başladılıb. ABŞ prezidenti Donald Trampa ünvanlanmış petisiyanı artıq on minlərlə amerikalı imzalayıb.

Change.org. saytında dərc olunmuş sənəddə vətəndaşlar Trampa \”İnsanlara pul verərək iğtişaşlar və etiraz aksiyalarında iştirak etməyə cəlb etdiyi üçün onun həbsinə order vermənizi sizdən xahiş edirik” deyə müraciət ediblər.

Petisiyada daha sonra deyilir: “Biz bilərəkdən sabitliyi pozan və iqtisadiyyatımızın iflasına yönəlmiş hərəkətlərinə görə onun (Sorosun) həbsi üçün orderi imzalanızı tələb edirik. O, bizim ölkəmizi dağıtmaq məqsədi ilə özünün antiamerikan qlobal “Yeni Dünya Düzəni” layihəsini inkişaf etdirir. Soros öz planını tədricən həyata keçirərək bizim siyasətçilərimizi pulla ələ alır, var dövlətini bizim valyutamızla birja oyunları keçirərək əldə edir. Soros abort haqqı uğrunda hərəkatı maliyələşdirir, ateizmi, narkotik maddələrin qanunişləşməsini, seksual inqlabı, xəstələrin həyatdan məhrum edilməsi, (evtanaziya) feminizm, kütləvi miqrasıya və cəmiyyəti sarsıdan digər radikal təcrübələrə sponsorluq edir”.

Petisiyanı imzalayanlar deyirlər ki, onlar “xristian ölkəsi olaraq qalmaq istəyirlər: “Bu adam (Soros) və onun oğlu isə bizim dəyərlərimizi məhv etməkdədir. Ona görə də bizim dəyərlərimizin və ölkəmizin qorunması naminə o, dərhal ölkədən qovulmalı və ya həbs edilməlidir”.

İnterpress.az