İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türk rejissoru Eyub Dirlik Suriyalı qaçqınların həyatını əks etdirən filmin çəkilişinə başladıqlarını qeyd edib. Türkiyəyə sığınmış Suriyalı qaçqınların həyatından bəhs edən \”Ömür körpüsü\” adlı filmdə Anjelina Coli və məşhur Portuqalyalı futbolçu, Kristiano Ronaldonun baş rol alacaqları bildirilib.
Hazırda filmin treylerinin çəkildiyini bildirən rejissor filmin çəkilişlərinin martda başlayacağını söyləyib.
Öz vətənlərində dəhşətli müharibənin başlanması nəticəsində doğma yurdundan didərgin düşüb Türkiyəyə sığınmış suriyalı bir ailənin həyatını əks etdirəcək bu filmin ən azı üç mövsüm ərzində çəkiləcəyi gözlənilir.
Anjelina Coli və Ronaldinio kimi məşhurlarla yanaşı Türk kinosunun ulduzu Perihan Savaşın da filmdə rol alacağı bildirilir.
Layihənin reklam şüarı isə \”Siz orda qalmaq istəsəz öləcəksiniz. Lakin buraya gəlsəniz yaşayacaqsız\” sloqanıdır.
Filmə çəkilişlə bağlı hələ ki, Anjelina və Ronaldonun heç bir rəsmi açıqlaması yoxdur.
İnterpress.az