“Xoşunuz gəlmirsə bizim şirkətlə uçmayın”backend

“Xoşunuz gəlmirsə bizim şirkətlə uçmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev adına Hava Limanında Macarıstan hava yollarına aid “Wizz.air” şirkətinin xidmətlərindən narazı qalan Millət vəkili Fazil Mustafadan məsələyə münasibət bildirməsi üçün İnterpress.az saytı onunla əlaqə saxladı. Millət vəkili bildirdi ki, “Macarıstanda təhsil alan oğlumu yola salmağa getmişdim, o “Wizz.air” şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacaq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib? Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, “Bu qaydanı bizim şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz”. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, “Xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın”. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: \”Bizimlə uçduğunuza görə təşəkkür edirik\”. Bu xanım isə sərnişinə kobud formada deyir ki, \”xoşunuz gəlmirsə, uçmayın!\” Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsləni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür”.

Qarşılaşdığınız məsələ ilə bağlı tədbir görüldümü, deyə xəbər aldıqda bildirdi ki:- “Bununla bağlı şirkətin baş ofisinə müraciət olunub. Əslində on-line qeydiyyat məsələsindən yaranan problemlər qabardılıb. Əgər vətəndaş hava limanında iki saatdan çox vaxt itirib qeydiyyatdan keçməyi gözləyirsə onda niyə əlavə olaraq on-line qeydiyyat da tələb olunur? Yeri bəlli, bilet alınıb, və hər şey hazır. Sadəcə bu həmin şirkətlərin pul soyma vasitəsidir. Bizmlə əməkdaşlıq edərkən burda birinci növbədə Azərbaycan vətəndaşlarına şamil olunduğuna görə bu şirkətlərə xəbərdarlıq olunmalıdır ki, belə vəsaitlər tələb olunmasın. Necə yəni, on-line qeydiyyatdan keçməmişəm, amma sənin müştərinəm, səndən bilet almışam və yerim də dəqiq məlumdur. On-line qeydiyyatdan o zaman keçirlər ki, yerin məlum deyil və yeri müəyyənləşdirirsən. Amma bizdə hər şey məlumdur və bəlkə də unudub on-line qeydiyyatdan keçməməşəm. Sonra? Belə olan halda müştəri niyə on-line qeydiyyatdan keçmədiyi üçün bu mənasız məsələyə görə 30 avro cərimə ödəməlidir ki? Azərbaycana gələn şirkətlər daha çox fırıldaqçılıqla məşğul olurlar deyə bu məsələyə qarşı biz münasibətlərimizi ortaya qoyduq. Xidmətlərdə narazılıq yaradan səbəblərdən biri də əməkdaşların davranış məsələsidir və bununla bağlı şirkət rəhbərliyinə yazılı şikayətlə müraciət olunacaq. Xanım təmsilçinin təmamilə səviyyəsiz davaranşı və “Xoşunuz gəlmirsə bizim şirkətlə uçmayın” kimi təhqiramız ifadə işlətməsi bütöv şirkətin imicinə xələl gətirir. Bütün hava yollarında “Bizim uçuş xidmətlərimizi seçdiyiniz üçün sizə təşəkkür edirik” kimi sayqılı ifadə işlədildiyi halda bu şirkətin əməkdaşı müştəriyə sanki ”cəhənnəmə ki, xoşunuz gəlmir heç gəlməsin” kimi ifadə işlətməsi heç bir ölçüyə sığmır. Düzdür, bu mənasız cərimə qaydalarını həmin xanım təyin etməyib. Amma həmin xanım əməkdaş ən azından mədəni üsulda ifadə edərək qeyd edə bilərdi ki, “Bizim şirkətin qaydaları belədir və biz bu qaydaları dəyişmək imkanına sahib deyilik. Buna görə bizi üzürlü sayın” deyə bilərdi. Amma o qədər küstah formada kobud ifadələrlə müştəriyə şirkətin qaydalarını yeritməklə öz imiclərinə xələl gətirirlər.
Sizin kimi tanınmış simaya bu cür kobud münasibət göstərilirsə onda görün ki, haqqını tələb etməyə qalxmayan, siradan bir vətəndaşla necə kobud davranırlar- fikirinə münasibət bildirərək: Pul olan yerdə tanınmış sima məsələsi yaddan çıxır. Pul olan yerdə yalnız onu necə qazanım və soyum məsələsi gündəmə gəlir.

İnterpress.az
Aynur Arifqızı