Stokholumda miqrantların məskunlaşdığı ərazilərdə qarşıdurmalar qeydə alınıb. İnterpress.az \”Ria Novosti\”- yə istinadən bildirir ki, İsveçin paytaxtı olan Stokholum şəhərinin Rinkebyu rayonunda miqrantların çoxluq təşkil etdiyi məhəllədə naməlum şəxslər tərəfindən qarışıqlıq yaradılıb. Hadisə zamanı səkkiz avtomobil və bir neçə mağaza yandırılıb. Bundan əlavə olaraq polis uzun müddət axtarışda olan birini həbs etdiyi zaman onlara hücum olunub və bir neçə polis işçisi xəsarət alıb. Bu baxımdan bir neçə dəfə xəbərdarlıq edən polis-patrul işçiləri havaya atəş açmaq məcburiyyətində qalıblar. \”Bir polis işçisinə atılan daş onun əlini yaralayıb və zədənin dərəcəsi müəyyən edilməyib\”-deyə polis hesabatında bildirirlir.
İnterpress.az