İnterpress.az xəbər verir ki, bunu AzVision.az-a Cəbrayıl rayonu Cocuq Mərcalı kəndinin yeganə sakini olan Oqtay Həziyev deyib.
Gecə saatlarında cəbhədə vəziyyətin gərginləşdiyini deyən O.Həziyev hazırda kəndə durumun nomal olduğunu bildirib: “Narahat olmayın, kənddə təmir-bərpa işləri davam etdirilir. Azərbaycanın güclü ordusu var. Biz Azərbaycan ordusuna arxayınıq. Əminəm ki, ordumuz düşmənin bütün təxribat cəhdlərinə layiqli cavab verir və verəcək”.
Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
İnterpress.az