Türkiyə Niderland səfirinin ölkəyə giriş-çıxışını yasaqladıbackend

Türkiyə Niderland səfirinin ölkəyə giriş-çıxışını yasaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi məlumat verib.

Məlumata görə, Hollandiyanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğuna giriş və çıxışın bağlanması təhlükəsizlik məqsədi ilə atılıb: \”Biz, məzuniyyətdə olan Niderland səfirinin bir müddət geri dönməməsini istəyirik”.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etdikdən sonra bu dövlətin Ankaradakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb. Diplomata baş vermiş insidentlə əlaqədar etiraz bildirib.

İnterpress.az