ANS daha bir məhkəmə prosesini uduzdubackend

ANS daha bir məhkəmə prosesini uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NS ilə Şura arasında 10-dan çox məhkəmə işi gedir. Onlardan biri də serial çəkilişinə görə pul mübahisəsidir.

Teleradio Şurası iddia edir ki, ANS-lə \”Abşeron\” serialının çəkilişi üçün müqavilə bağladıqları halda, son nəticədə onlara hazır məhsul kimi \”Sevgi naminə\” adlı başqa bir serial təqdim olunub. Buna görə də Şura \”Abşeron\” serialının çəkilişi üçün ayrılmış 160 min manatı geri tələb edir.

Bu məsələdə ANS isə bildirir ki, əslində, elə Teleradio Şurasının rəhbərinin təşəbbüsü ilə onlara yarımçıq bir ssenari təqdim ediblər, ona sonradan düzəliş ediləcəyi haqda razılaşıblar. Ona görə də ssenaridə cüzi dəyişikliklər edilib.

Müqavilə öhdəliklərinə əməl olunduğunu iddia edən ANS usə seriala görə Şuradan borclu qaldığı 40 min manatı tələb edir. Birinci instansiya məhkəməsi Teleradio Şurasını haqlı sayıb və bu qurumun 168 minlik (8 min manat da cərimə) iddiasını təmin edib.

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində ANS-in bu qərardan verdiyi şikayətə baxılıb.

Hakim Vidadi Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası da ANS-in şikayətini təmin etməyib.

Məhkəmədə ANS-in nümayəndəsi Sevda Məhərrəmova kino mütəxəssisinin dəvət olunub, dindirilməsi haqda vəsatət qaldırıb. Amma Teleradio Şurasının nümayəndəsi Toğrul Mirzəzadə razılaşmayıb.

Deyib ki, hətta gələn mütəxəssis ANS-in xeyrinə ifadə versə belə, yenə iddianı dəyişməyəcəklər: \”Burada həm də hesabatlılıq, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi məsələsi var\”.

Məhkəmə vəsatəti təmin etməyib. Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqədən sonra ANS-in şikayətinin təmin olunmaması haqda qərar elan olunub.

Sevda Məhərrəmova bildirib ki, ANS qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcək. ( musavat.com )

İnterpress.az