İnterpress.az xəbər verir ki, ABŞ-ın Detroit xəstəxanalarından birində qız uşaqlarında sünnət əməliyyatını həyata keçirən həkimə qarşı cinayət işi qaldırılıb.
Bu ABŞ-da qeydə alınan ilk bənzər hadisədir.
Prokurorların məlumatına görə, həkim Jumana Nagarwala 6-12 yaşlı qız uşaqlarının cinsiyyət orqanında əməliyyat aparıb.
Jumana Nagarwala -nın günahı sübut edilərsə onu ömürlük həbs cəzası gözləyir.
Yerli kütləvi informasiya vasitələrinin yazdığına görə, Nagarwala ittihamları rədd edir.
Qadın sünnəti 1996-cı ildə ABŞ-da qanunla qadağan edilib.
BMT-nin hesabatına görə, qadın sünnəti təcrübəsi ən çox Misir, Efiopiya və İndoneziyada yayılıb. (bbc)
İnterpress.az