“Araz Əlizadə yəqin “Facebook”dan bərk qorxur”backend

“Araz Əlizadə yəqin “Facebook”dan bərk qorxur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com-a açıqlama verən İnformasiya Texnologiyaları üzə mütəxəssis, gənc alim Cahid İsmayıloğlu deyib ki, Araz Əlizadə yəqin \”Facebook\”dan bərk qorxur.

O deputat Araz Əlizadənin \”facebook\”da oturanların hamısı avaradır\” sözlərinə münasibət bildirərkən musavat.com-a bildirib ki, deputat danışığına fikir verməlidir:

\”Bu gün Azərbaycanda 3 milyona yaxın \”facebook\” istifadəçisi var. Araz Əlizadə 3 milyon insanı təhqir edir, o nə dediyini bilmir. Millət vəkilinin bu cür bir fikir səsləndirməsi ilk növbədə bu qədər insanı təhqir etmək və heçə saymaq deməkdir. Əgər bir siyasətçi belə bir fikir səsləndirirsə bunun bir açıqlaması var, o yəqin \”facebook\”dan bərk qorxur\”.

O deyib ki, Araz Əlizadə həmkarlarını da təhqir edib: \”Facebook\” ictimai-siyasi həyatın an qaynar məkanıdır. Əgər siyasətlə məşğul olursansa ya bununla ayaqlaşmalısan, ya da siyasətdən getməlisən. Araz Əlizadə həm də öz həmkarlarına avara deyir. Çünki bu gün onlarla deputat var ki, \”Facebook\”da aktivdir\”.

İnterpress.az