İnterpress.az xəbər verir ki, direktor BakiPost.az-a açıqlamasında deyilənlərin və yazılanların yalan olduğunu bildirib: \”Heç bir işçi işdən çıxarılmayıb. Sadəcə olaraq eyni olan, köhnədən qalan strukturlar ləğv oluna bilər. Günün tələbi bunları etməyə vadar edir. Amma biz kitabxanada işləyən heç bir işçini işsiz qoymuruq. Həmçinin hər hansı işçi də işdən çıxarılmır”.
Tahir Kərimov qeyd edib ki, ləğv olunan beş şöbənin yerinə iki böyük şöbə yaradılıb.
Direktor onu da əlavə edib ki, işçilər könüllü olaraq məzuniyyətə göndərilir.
İnterpress.az