NASA Yerə yaxınlaşan asteroidin fotosunu yayımladıbackend

NASA Yerə yaxınlaşan asteroidin fotosunu yayımladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”2014 JO25\” adlı asteroid bu gecə planetimizin yanından ötəcək.

Kosmik obyekt qantelə bənzəyir. Bu asteroid iki səma cisminin toqquşması nəticəsində yaranıb. Qantelin böyük hissəsinin ölçüsü 620 metrdir, digərinin isə ölçüsü müəyyənləşdirilməyib.

Qeyd edək ki, asteroid bu gecə Yerin yaxınlığından ötəcək. Son 400 il ərzində ilk dəfədir ki, səma cismi planetimizə bu qədər yaxın məsafədən keçəcək.

Asteroid Bakı vaxtı ilə gecə 03:00 radələrində Yerin yanından ötəcək. Asteroid Yerin 1.77 milyon kilometrliyindən ötəcək.

İnterpress.az