Bunu AzNews.az-a açıqlamasında polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 5-ci dəfə ailə həyatı qurması ilə bağlı məlumata münasibətində deyib.
O, Gülşən Hüseynova ilə bir yerdə işlədiyini deyib:
“3 ildir biz bir yerdə işləyirik. Bir- birimizi tanıdıq, sevdik və qarşılıqlı sevgi əsasında ailə qurduq. Düzü, mən bu şəkildə toy olunmasının əlehinə idim. Mənim üçün ən rahatı ənənələrdən yan keçib onu bir başa evə gətirməkdi. Amma Gülşən xanım ilk dəfə idi ki, ailə qururdu. Ona görə də mən ona gəlinlik geydirməli və toy etməliydim. Bu onun haqqıdır. Mən ona yox deyə bilməzdim.”
Əzizağa Qənizadə qeyd edib ki, o, birinci nikahdan olan xanımı ilə də bir-birini sevib:
“18 il yaşadıq. Çox yaxşı həyat yoldaşı idi. Amma müharibə başladı, mən cəbhəyə getdim. Hardasa 8 il onunla ayrı yaşadıq. Bizim ayrı yaşamağımız münasibətləri korladı. Buna görə ayrıldıq. İkinci həyat yoldaşımla tanış olduğumuzdan iki gün keçən kimi evlənməyə qərar verdik. O zaman anlayışım yox idi. Hərbçi kimi evdə tapılmırdım. Baxdım ki, bu xanımla aramızda yerlə-göy qədər fərq var. 8 il yaşadıq, amma alınmadı. Mən həyat yoldaşlarıma sadiq olmuşam, onları başqa qadınlara dəyişməmişəm. 5 il tək yaşadım. Demək olmaz ki, mən gözəl qız görən kimi ailəni qoyub onun dalıca qaçıram, onunla evlənirəm. Yəni, belə adam deyiləm.”
Polkovnik bu izdivacdan xoşbəxt olacağını vurğulayıb: “Allah nə verəcəksə, o da olacaq”.
Polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri 60 yaşlı Əzizağa Qənizadə 32 yaşlı işçisi Gülşən Hüseynova ilə evlənib.
İnterpress.az