Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaqbackend

Azərbaycanlı gömrük zabiti katolik keşişi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org -a istinadən xəbər verir ki, \”Sibir katolik qəzeti\”nin yaydığı xəbərdə bildirilir ki, Roma Papası Fransısk bazar günü, mayın 7-də Sankt-Peterburqdakı \”Məryəm – Həvarilərin Məlikəsi\” seminariyasının məzunu Behbud Mustafayevi başqa seminariya tələbələrinin arasında keşiş təyin edəcək.

Behbud pontifiklə şəxsən tanışdır, 2016-cı ilin oktyabrında Papa Bakıda apostol səfərində olarkən ona dyakon kimi qulluq göstərib.

Behbud Mustafayev 1982-ci il martın 13-də Azərbaycanda anadan olub və burada böyüyüb. Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışıb. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilib.

2011-ci ildə Sankt-Peterburqdakı \”Məryəm – Həvarilərin Məlikəsi\” seminariyasına qəbul olunmuşdu.

B.Mustafayev Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.

İnterpress.az