“Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib”backend

“Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şeyxülislam Allahşükür Paşazadə deyib.

Azərbaycan nümayəndə heyətinin Finlandiyaya səfəri çərçivəsində bu ölkənin baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Anna-Kaisa Heikkinen ilə görüşdə QMİ-nin sədri bildirib ki, ölkədə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc, yanaşı yaşayıb və yaşayırlar: \”Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunədir. Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir\”.

A.Paşazadə ulu öndər Heydər Əliyevin ali mənəviyyat mənbəyi olan İslam dininə diqqət və qayğısından danışıb, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. ( report.az )

İnterpress.az