“Həmin teatrın fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir”backend

“Həmin teatrın fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Azərbaycan Uşaqlar Birliyini sədri Kamalə Ağazadənin Bakıda keçirilən qız kuklalarından ibarət “+18” sərgisinin təşkilatçılarının cəzalandırılmasına dəstək verdiyini deyib.

Sənətkar onların bu addımını Azərbaycan gəncliyinin tərbiyyəsinə qarşı yönələn təxribat hesab edir:

“Bu sərgini təşkil edən ADO teatrının fəaliyyəti bu cür əxlaqsız, tərbiyəsiz işlərdən ibarətdir. Onların bu hərəkəti Azərbaycan gəncliyinin tərbiyyəsinə, əxlaqına, mənəviyyatına yönələn təxribatdır.”

Mayın 15-də qız kuklalarının oyuncaqlarından ibarət “+18” sərgisi keçirilib. Sərginin keçirilməsi cəmiyyətdə böyük narazılığa səbəb olub. Məhz bu üzdən də Azərbaycan Uşaqlar Birliyi sərginin təşkilatçılarının cəzalanmasını tələb edir.

İnterpress.az