İnterpress.az xəbər verir ki, bu haqda Trend-ə XİN-nin Mətbuat xidmətindən məlumat verilb.
Məlumatda deyilir: \”Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır\”.
Xatırladaq ki, iyunun 4-də Londonda silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 6 nəfər ölüb, 48 nəfər isə xəstəxanaya yerləşdirilib.
İnterpress.az