KİVDF Müşahidə Şurasının üzvləri təyin edildibackend

KİVDF Müşahidə Şurasının üzvləri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sənədlə aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin ediliblər:

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu – \”Xalq qəzeti”nin baş redaktoru
Hüseynov İlqar Məmməd oğlu – \”Trend” İnformasiya Agentliyinin baş direktoru
Quliyev Bəhruz Vaqif oğlu – \”Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu – Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu – \”Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu – \”Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

İnterpress.az