İnterpress.az FHN-ə istinadən xəbər verir ki. Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində ayrı-ayri vətəndaşlara məxsus ümumi sahəsi 305 m2olan mağazaların yanar konstruksiyaları ümumilikdə 295 m2 sahədə və 1 ədəd “Beko” markalı kondisioner yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 63 m2 olan 2 mağazanın lambirdən ibarət tavanı və 1 ədəd “Samsung” markalı kondisionerin üzlüyü əriyib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək Ticarət Mərkəzində” yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir. Əlavə məlumat veriləcək.
İnterpress.az