Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşırbackend

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.

Cari ilin yanvar-aprel aylarında ölkədə 20684 ölüm halı qeydə alınıb və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə 6,5 təşkil olub.

Dörd ay ərzində qeydiyyat şöbələri tərəfindən 18229 nikah və 4896 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Cari ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 850 nəfər Azərbaycana gələn, 448 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 402 nəfər təşkil edib.

İnterpress.az