İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim – mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.
“Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.
İnterpress.az